ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşanın “Wyborcza” nəşri yazır ki, Rusiya xüsusi xidmət orqanları Polşa, Litva və Almaniyada dronlardan və partlayıcı maddələrlə doldurulmuş “konserv bankalarından” istifadə etməklə hücumlar planlaşdırıb. Məlumatı Polşanın Daxili Təhlükəsizlik Agentliyi və Prokurorluğu təsdiqləyib.
İstintaqın versiyasına görə, dronlar bankaları Avropa ərazisindəki obyektlərin üzərinə atmalı imiş. Bu iş üzrə Polşada 27 yaşlı Vladislav D. saxlanılıb. O, Litva, Polşa və Almaniya arasında dron detalları və partlayıcı daşımaqda şübhəli bilinir.
Mətbuat yazır ki, bankalar gizlədilmiş “taynik” şəklində Klaypeda qəbiristanlığında basdırılıb. Saxlanılan şəxsə onları Polşaya çatdırmaq tapşırılıb və o, kuratorla “Telegram” vasitəsilə əlaqə saxlayıb. Bundan əlavə, Euro-2024 zamanı Almaniyanın Düsseldorfunа dron detallarını və sim-kart aparıb.
Xatırladaq ki, iyul ayında Polşa Baş naziri Donald Tusk Rusiya xüsusi xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 32 nəfərin saxlanıldığını açıqlamışdı. Onların arasında Rusiya, Ukrayna, Belarus, Kolumbiya vətəndaşları, həmçinin bir polyak olub.
Avropa istintaq orqanları bundan əvvəl də Rusiyanın DHL və IKEA anbarlarında baş vermiş yanğınlarla, Ukrayna sərhədinə yaxın hava limanına nəzarətlə, həmçinin Ukraynaya silah və humanitar yardım daşıyan qatarların diversiya planları ilə əlaqələndirildiyini bildirmişdi.
Qeyd edək ki, sentyabrın 10-da Rusiyaya məxsus dronlar Polşaya daxil olmuş və ordu tərəfindən vurulmuşdu. Moskva həmin zərbələrin Polşaya qarşı planlaşdırılmadığını bəyan etmiş, Rusiya Xarici Kəşfiyyat Xidməti isə diversiyaların hazırlanmasında Ukraynanı günahlandırmışdı.
Rasim
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.