AZ

Azərbaycanda ötən mövsümün ən yaxşı minifutbolçusu müəyyənləşdi

Azərbaycanda ötən mövsümün ən yaxşı minifutbolçusu müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə 2025/2026 mövsümü üçün təşkil olunmuş püşkatma mərasimində məlumat verilib.

Bu ada Azərbaycan yığmasının üzvü Təmkin Xəlilzadə layiq görülüb.

Ona mükafatı Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov təqdim edib.

Qeyd edək ki, Azərbaycan millisi bu il Bakıda keçirilmiş dünya çempionatının qalibi olub.

İdman.biz

Seçilən
43
4
idman.biz

5Mənbələr