
Fidan Əliheydərin ilk kitabı “Dəyiş!” oxucular tərəfindən böyük maraqla qarşılandığından artıq onun ikinci nəşri də çapdan çıxıb. Beləliklə, oxucular hər iki kitabı – “Dəyiş!” və “Dəyişmə!”ni əldə etmək imkanı qazanıblar.

Fidan Əliheydər bildirib ki, “Dəyiş!” həyatda irəli addımlamaq üçün dəyişikliyə təşviq edən bir yol xəritəsidirsə, “Dəyişmə!” insanın özünəməxsusluğunu qorumağın və daxili gücünü saxlamağın vacibliyini önə çəkir.

Yazarı yaxın zamanda daha geniş oxucu auditoriyası ilə görüş gözləyir. 5 oktyabr, saat 12:00-da Bakı Ekspo Mərkəzində keçiriləcək Beynəlxalq Kitab Sərgisi çərçivəsində Fidan Əliheydərin hər iki kitabının imza günü baş tutacaq.
AzVision.az