AZ

“Azərbaycan Avropa ilə münasibətlərini davamlı irəli aparır”- Deputat

“Azərbaycan Avropa ilə münasibətlərini davamlı irəli aparır”

Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında Azərbaycan-Avropa əlaqələrini şərh edib.

Deputat bildirib ki, Azərbaycan-Hərmənistan münaqişəsi və Qarabağ problemi ilə bağlı imzalanan sənədlər iki ölkə arasındakı münasibətləri normallaşdırıb və beynəlxalq səviyyədə yüksək qiymətləndirilib:

“Amerikada imzalanan sənədlər həm Azərbaycan Prezidenti, həm də ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul olunub. Bu, Azərbaycanın diplomatik nüfuzunun Avropada da təsdiqlənməsi deməkdir. Eyni zamanda, Azərbaycan Rusiya ilə də əlaqələrində balanslı siyasət yürüdür və öz müstəqilliyini nümayiş etdirir. Bu isə Avropa ölkələri üçün Azərbaycanı etibarlı tərəfdaş kimi göstərir,” – deyə Musabəyov vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini möhkəmləndirmək istiqamətində aktiv fəaliyyət göstərir:

“Avropa Komissiyasının üzvləri, o cümlədən Ursula von der Leyen və Avropanın xarici işlər nazirləri Azərbaycana səfərlər edirlər. Bu da göstərir ki, Azərbaycan Avropa ilə əməkdaşlığı davamlı inkişaf etdirir. Hətta İtaliya kimi böyük Avropa ölkələrinin rəsmiləri də Azərbaycanda səmərəli görüşlər keçiriblər. Bütün bunlar Azərbaycan-Avropa əlaqələrinin gücləndiyinin təzahürüdür,” – deyə Rasim Musabəyov qeyd edib.

Seçilən
4
news365.az

1Mənbələr