Ötən gün Türkiyə Böyük Millət Məclisinin yeni sessiyası münasibətilə rəsmi qəbul keçirilib.
Gundem.az “Sözcü”yə istinadən xəbər verir ki, tədbirdə ölkə Prezidenti, AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Hökumət üzvləri, siyasi partiya liderləri, incəsənət nümayəndələri və digər rəsmilərin qatıldığı tədbirdə Ərdoğan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və DEVA Partiyasının sədri Əli Babacanla yanaşı əyləşib.
Bundan başqa, Ərdoğanla Davudoğlu bir müddət səmimi söhbət edib. Uzun illər sonra ortaya çıxan bu görüntülər maraqla qarşılanıb.
Bildirilir ki, rəsmi qəbulda CHP sədri Özgür Özel və bu partiyanın millət vəkilləri həmçinin İYİ Partiyasının lideri Müsavat Dərvişoğlu iştirak etməyib.
Qeyd edək ki, Ə.Davudoğlu və Ə.Babacan Türkiyənin hakim partiyası AKP-nin keçmiş üzvləridir.