AZ

Nokdaunla finala yüksələn boksçu: Yarışların “doğma divarlar” arasında keçirilməsi bizə əlavə güc verir

Yevlax, 2 oktyabr, AZƏRTAC

Tacikistanlı rəqibimi 1/4 finalda üstələdikdən sonra özbəkistanlı idmançını nokdaunla məğlub edərək finala yüksəldim.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 48 kiloqram çəki dərəcəsində finala yüksələn boksçumuz Gülər Hüseynova söyləyib.

İdmançı rəqiblərin kifayət qədər güclü olduğunu, lakin qələbəyə inandıqlarını deyib: “Yarışların “doğma divarlar” arasında keçirilməsi bizə əlavə güc verir. Mənim də əsas hədəfim finalda qızıl medala sahib olmaqdır”.

“İnanıram ki, yaş qrupundan asılı olmayaraq, boksçularımız daim irəli gedəcək”, – deyə idmançı vurğulayıb.

Qeyd edək ki, Gülər Hüseynova iki dəfə ölkə çempionu olub, Avropa birinciliyində isə üçüncü yeri tutub.

Seçilən
66
1
azertag.az

2Mənbələr