AZ

Moldovanı Rusiyanın cəngindən xilas etdilər, amma nəyin bahasına?..

Moskvanın seçkilərə təsir göstərmək cəhdinə az şübhə var, amma demokratiyanı xilas etmək üçün onu boğmaq lazım gəldi...

Müəllif: Ouen Metyuz
The Spectator

Avropa İttifaqı demokratiyanın qoruyucusu və müdafiəçisi olaraq hakim partiyaların rəqiblərinin qadağan edilməsi, onların güman ki, səs almayacaqları regionlarda seçki məntəqələri açmaqdan qaçınması, müxalifət televiziyalarını senzuraya məruz qoyulması və səsvermə ərəfəsində sosial şəbəkələri izləməyi saysız-hesabsız xarici müşahidəçilərə həvalə olunması hallarına mənfi yanaşır. Əgər belə bir sistemli saxtakarlığa, məsələn, Serbiya və ya Gürcüstan əl atsaydı, Brüssel ilk olaraq bunun pozuntu olduğunu bildirər və nəticəni leqitim hesab etməkdən imtina edərdi. Amma söhbət Möldovada olduğu kimi Aİ-nin öz müdaxiləsindən gedirsə qaydalar sanki dəyişir.

Bu həftə Avropa İttifaqının dəstəklədiyi prezident Maya Sandunun partiyası parlament seçkilərində az fərqlə üstünlük qazandı. Onun əsas rəqibi isə Moskvanın açıq dəstəyini alan, Rusiyayönlü partiyaların lideri İqor Dodon idi. Dodon qədər ruspərəstdir ki, müxalifətin simvolu içində oraq-çəkic olan qırmızı ulduz idi. Bu mübarizə Avropa ilə Moskva arasında yoxsul, amma strateji baxımdan mühüm postsovet dövlətinə təsir uğrunda duel kimi qiymətləndirilirdi.

“Siz təkcə demokratiyanı xilas etmədiniz və Avropa kursunu qorudunuz, həm də Rusiyanın bütün regiona nəzarət etməyə yönəlmiş cəhdini dayandırdınız. , deyə Polşanın baş naziri Donald Tusk Sandunu təbrik edərək yazdı.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə “Moldova, qorxu və parçalanma yaratmaq cəhdləri sizin qətiyyətinizi sındıra bilmədi. Siz seçiminizi açıq göstərdiniz: Avropa. Demokratiya. Azadlıq. Bizim qapımız sizə açıqdır və hər addımınızda yanınızda olacağıq”, deyə bəya etdi.

Moskvanın seçkilərə təsir göstərmək üçün böyük pullar xərclədiyinə dair şübhə azdır. Telegram-da açıq şəkildə səsə görə pul təklif edən kanallar yayımlanırdı. Pravoslav keşişlərinə camaata təsir etmək üçün rüşvət verildiyi barədə faktlar mövcuddur. Bir sıra əsas müxalifət partiyaları yalnız Rusiyayönlü deyildi, həm də Kreml tərəfindən maliyyələşdirilirdi. Moldova mediası dəqiq sübutlar olmadan – təxmin edir ki, Kreml uğursuz təsir əməliyyatı üçün 400 milyon dollar, yəni ölkə ÜDM-nin 1,5 faizinə bərabər məbləğ xərcləyib.

Buna qarşılıq olaraq Aİ xüsusi mexanizmlər işə saldı. Xarici siyasət üzrə Avropa komissarı Kaya Kallas bildirdi ki, Moldova ətrafında “qanunsuz maliyyələşməyə qarşı mübarizəyə kömək üçün xüsusi qrup” və “hibrid təhdidlərə qarşı çevik sürətli reaksiya komandası” yaradılıb. Bu qruplar onlayn media və sosial şəbəkələri izləyir, Rusiyanın maliyyələşdirdiyi seçki kampaniyalarını ifşa etmək üçün Avropanın araşdırma imkanlarından istifadə edirdi. Avropa Komissiyası əlavə olaraq Moldovanın iqtisadi inkişaf planına dəstək üçün 1,8 milyard avroluq yardım paketi də vəd etdi.

Telegram-ın təsisçisi, rusiyalı milyarder Pavel Durov isə Avropanın “öz çirkli oyunlarından” danışdı. Onun sözlərinə görə, ötən il Parisdə saxlanıldığı zaman Fransa xüsusi xidmət orqanları gizli şəkildə ondan xahiş ediblər ki, Moldovadakı seçkilər ərəfəsində bəzi kanalları bağlasın. Əvəzində ona hüquqi problemlərinin həllində yardım təklif olunub. Durov bildirdi ki, Telegram qaydaları pozan bir neçə kanalı bağlayıb, lakin hökuməti tənqid edən və qaydalara əməl edən siyahını senzura etməkdən imtina edib: “Telegram söz azadlığına sadiqdir və siyasi səbəblərlə kontent silməyəcək.”

Səsvermədən iki gün əvvəl Moldovanın Mərkəzi Seçki Komissiyası iki müxalifət partiyasını qadağan etdi. Onların adları bülletenlərdə qalsa da, həmin partiyalara verilən səslər itirildi və ya başqa partiyalara yönəldi. Bundan əlavə, Rusiyada – 78 mindən 150 minə qədər moldovalının yaşadığı yerdə – cəmi iki seçki məntəqəsi açıldı. Müqayisə üçün, İtaliyada 100 minə yaxın moldovalı var, amma orada 70-dən çox məntəqə fəaliyyət göstərdi. Rusiyanın dəstəklədiyi Dnestryanı bölgədə isə bəzi məntəqələr son anda dəyişdirildi, körpülərin təmirə bağlanması seçicilərin hərəkətini çətinləşdirdi.

Bu tədbirlər demokratik azadlıqların boğulması, yoxsa qanuni müdafiə addımı idi? Moldova seçkiləri XX əsrin soyuq müharibə dövrünü yada salır. O zaman Moskva Avropada kommunist partiyalarına pul xərcləyir, Vaşinqton isə sağ mərkəzçi qüvvələri maliyyələşdirirdi. Bu səbəbdən Avropada ABŞ-ın “gizli əli” barədə konspirasiya nəzəriyyələri bu qədər davamlıdır. Moskva da uzun müddətdir iddia edir ki, postsovet məkanında Kiyevdən Tbilisiyə, Minskdən Bişkekə qədər bütün demokratik hərəkatlar guya Qərb tərəfindən təşkil olunur və maliyyələşdirilir.

Ümumilikdə Avropa İttifaqı Moldova üçün Rusiyadan daha ümidverici gələcək vəd edir. Kreml artıq sovet dövründəki kimi ideoloji alternativ təqdim etmir, xaricdəki tərəfdarlarını maliyyələşdirmək gücünə malik deyil. Bununla belə, Rusiya Moldovanın böyük ticarət tərəfdaşıdır, ölkə vətəndaşlarının bir hissəsi isə Moskvaya mədəni bağlılıq hiss edir. Qonşu dövlətləri “Şərq və Qərb arasında sərt seçim” qarşısında qoymaq isə cəmiyyətləri parçalayır, bəzən də Ukrayna və Gürcüstanda olduğu kimi qanlı münaqişələrə gətirib çıxarır.

Gürcüstanda son seçkilər radikal avroatlantik kursu deyil, Rusiya ilə yaxınlaşmanı seçdi və nəticədə ölkə iqtisadiyyatı ötən il 9,4% artdı.

Avropalıların çoxu yalnız Moldovanı deyil, həm də özlərini Rusiyanın təsirindən xilas etdiklərinə görə təbrik edir. Amma sual qalır: Sandunun qələbəsi Avropanı gücləndirdi, yoxsa zəiflətdi? Bir tərəfdən Brüssel qələbə qazandı. Digər tərəfdən isə – 1996-cı ildə Boris Yeltsinin “təhrif olunmuş” seçki qələbəsində olduğu kimi – demokratiyanı qorumaq üçün onu boğmaq lazım gəldi.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr