AZ

Fransanın millimizlə oyun üçün heyəti açıqlandı - SİYAHI

Fransa milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Didye Deşam yığmaya 23 futbolçu dəvət edib. Komanda oktyabrın 6-da bir araya gələcək.

Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan ("Milan", İtaliya), Bris Samba ("Renn");

Müdafiəçilər: Luka Din ("Aston Villa", İngiltərə), Malo Qyusto ("Çelsi", İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes ("Əl-Hilal", Səudiyyə Ərəbistanı), İbrahima Konate ("Liverpul", İngiltərə), Jül Kunde ("Barselona", İspaniya), Vilyam Saliba ("Arsenal", İngiltərə), Dayo Upamekano ("Bavariya, Almaniya);

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa ("Real", İspaniya), Manu Kone ("Roma", İtaliya), Maykl Olise ("Bavariya", Almaniya), Adrien Rabyo ("Milan", İtaliya), Kefren Türam ("Yuventus", İtaliya);

Hücumçular: Manes Akliuş ("Monako"), Bradli Barkola (PSJ), Kinqsli Koman ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Uqo Ekitike ("Liverpul", İngiltərə), Jan-Filipp Mateta ("Kristal Pelas", İngiltərə), Kilian Mbappe ("Real", İspaniya), Kristofer Nkunku ("Milan", İtaliya).

Qeyd edək ki, Fransa seçməsi oktyabrın 10-da Parisdə Azərbaycan millisini qəbul edəcək. Onlar 3 gün sonra isə Reykyavikdə İslandiyanın qonağı olacaq.

saytlarin hazirlanmasi

Seçilən
10
6
sportal.az

10Mənbələr