Azərbaycan millisinin hücumçusu Renat Dadaşov qışda karyerasında dəyişiklik edəcək.
Bizim.Media xəbər verir ki, 26 yaşlı hücumçu “Motor”dan ayrılacaq.
Belə ki, Dadaşov yaxşı variantlardan birini dəyərləndirmək istəyir.
Polşa klubunda az-az oynadığı üçün də, bu təklif onun üçün göydəndüşmə olub. Renat mövsümün sonuna qədər Türkiyədə icarə əsasında çıxış edə bilər. Ona “Iğdır”dan təklif gəlib.
Türkiyə 1-ci liqasında yarışan klub millimizin hücumçusunu altı aylıq icarəyə götürmək istəyir. Renatın “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta