
Müğənni Səbinə Ərəbli Bakıdan köçüb.
Bu barədə sənətçi “Günə uğurla” verilişinə telefonla qoşularaq deyib.
O bildirib ki, artıq Xankəndidə yaşayır: “Bir həftədir köçmüşəm Xankəndiyə, burada yaşayıram. Qarabağ Universitetində dərs deyirəm. Fəxr edirəm ki, doğma Qarabağımızda çalışıram. Bu, arzularımdan biri idi”(qafqazininfo).