AZ

Ermənistan parlamenti Azərbaycanla sülhün bərqərar olması haqqında bəyanatı təsdiqlədi


Ermənistan parlamenti bu gün keçirilən növbədənkənar iclasında “Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini təsdiq edib.

Hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlanan bəyanatda avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır. Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Kondjoryan təqdim edib. O bildirib ki, avqustun 8-də Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb.

“Vətəndaş Müqaviləsi fraksiyası hesab edir ki, parlament bu faktı rəsmi şəkildə təsdiq etməli, bəyanat qəbul etməklə Ermənistan və Azərbaycan arasında bərpa olunmuş sülhü dəstəkləməli və bütün maraqlı tərəfləri bu sülhün möhkəmləndirilməsi və inkişafı üçün çağırmalıdır”, - deyə o bildirib.

Parlament, eyni zamanda, bu bəyanatla Ermənistan və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi ekspertləri münaqişəni yenidən qızışdıran diskussiya, çağırış və hərəkətlərdən çəkinməyə çağırır.

ZÜMRÜD

Seçilən
31
11
baki-xeber.com

10Mənbələr