AZ

Tehran Universitetində partlayış: Tələbələr arasında ölən və yaralananlar var

İranın Tehran Universitetində laboratoriyada güclü partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var...

Oxu.Az-ın məlumatına görə, bu barədə "Daneshjoo" agentliyi xəbər yayıb.

Bildirilib ki, laboratoriyada hidrogen balonu partlayıb, nəticədə ikimərtəbəli təhsil binasının divarlarının bir hissəsi dağılıb. Əraziyə dörd yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisə nəticəsində biri qadın olmaqla iki nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Daha bir kişi həlak olub.

Bundan başqa dağıntı səbəbindən ətrafa səpələnən şüşə qırıntılarından daha bir neçə nəfər yüngül xəsarət alıb.

Poliqon.info

Seçilən
21
1
poliqon.info

2Mənbələr