AZ

Xırdalanda küçəni su basdı -VİDEO

Xırdalanda yanğın hidrantında nasazlıq yaranıb.

Redaktor.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, qurğudan güclü təzyiqlə su çıxıb, bu da ərazidə təhlükəli vəziyyət yaradıb. Həmçinin küçəyə axan su hərəkəti çətinləşdirib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda su xəttində qəza baş verib: “Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası tərəfindən təmir və bərpa işləri görülür”.

Sözügedən görüntüləri təqdim edirik:

Seçilən
27
6
redaktor.az

10Mənbələr