Futbol tarixində ən dəyərli türk futbolçular açıqlandı.

Offsideplus.az xəbər verir ki, Transfermarkt futbol tarixində ən yüksək bazar dəyərinə çatan türk futbolçuların siyahısını açıqlayıb.

Siyahıya hazırda "Real Madrid"in gənc ulduzu Arda Güler 60 milyon avro dəyəri ilə başçılıq edir. Onun ardınca "Juventus"un hücumçusu Kenan Yıldız 50 milyon avro ilə ikinci, "İnter"in kapitanı Hakan Çalhanoğlu isə 45 milyon avro ilə üçüncü sırada qərarlaşıb.

İlk onluqda yer alan digər futbolçular isə belədir:

  • Çağlar Söyüncü – 45 milyon avro (2021)

  • Orkun Kökçü – 35 milyon avro (2023)

  • Cengiz Ünder – 35 milyon avro (2018)

  • Arda Turan – 35 milyon avro (2015)

  • Ozan Kabak – 32 milyon avro (2020)

  • Ferdi Kadıoğlu – 30 milyon avro (2024)

  • Merih Demiral – 30 milyon avro (2020)