AZ

"Saqqallarınızı qırxın və arıqlayın" -Amerikalı əsgərlərə sərt göstəriş

ABŞ-nin yeni Pentaqon rəhbəri Pit Hegset orduda xidmət edən hərbçilər üçün xarici görünüş və fiziki normalara dair sərt göstərişlər verib.

Musavat.com-un məlumatına görə, Hegsetin əmrinə əsasən, artıq çəkili və bədən quruluşu normaya uyğun olmayan hərbçilər məcburi müalicəyə göndəriləcək. Müalicə nəticə vermədiyi halda isə inzibati tədbirlər, o cümlədən ordudan uzaqlaşdırma tətbiq olunacaq.

Nazirin əmrlərində qeyd olunur ki, hərbçilərin üzü tamamilə təmiz olmalı, yalnız nizamnaməyə uyğun bığ saxlanıla bilər. Hegset bildirib ki, "saqqal qətiyyən yolverilməzdir, yalnız qaydalara uyğun kəsilmiş bığlara icazə var və onlar maska və ya əleyhqazın istifadəsinə mane olmamalıdır".

Eyni zamanda, Pentaqon rəhbəri hərbçilərin fiziki hazırlıq normalarının yenidən işlənməsi göstərişini verib. Yeni normalara əsasən, hərbi qulluqçular müntəzəm olaraq qaçış, dartınma, əyilmə, çömbəlmə və digər məşqlərlə yoxlanılacaqlar.

Hegset vurğulayıb ki, ABŞ ordusunun döyüş qabiliyyəti hər bir əsgərin həm intizamından, həm də fiziki sağlamlığından birbaşa asılıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
1
olaylar.az

2Mənbələr