AZ

Gürcüstan Cənubi Qafqazda sülhün tərəfdarıdır - Kobaxidze

Gürcüstan Cənubi Qafqazda sülhün tərəfdarıdır.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Qonşu ölkələrlə, xüsusən də Azərbaycanla əla münasibətlərimiz var. Strateji tərəfdaşlıq və möhkəm əlaqələri qorumaq çox vacibdir. Burada, Kopenhagendə həmkarlarımla da məhsuldar görüşlər keçirdim. Bu, Gürcüstanın mövqeyini əks etdirir: biz regionumuzda sülhün təşviqinə sadiqik və Cənubi Qafqazda öz missiyamızı belə görürük", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
7
olaylar.az

8Mənbələr