AZ

“Qarabağ”ın oyununa görə “Gənclik”də rekord qırıldı

Dünən baş tutan “Qarabağ”-“Kopenhagen” matçı ilə bağlı “Gənclik” metrostansiyasında ilin rekordu qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, oyun günü Bakı metropolitenindən 802 813 sərnişin istifadə edib.

“Gənclik” stansiyası 73 025 sərnişin daşınması ilə bu il ilk dəfə günün lideri olub.

Daha əvvəl stansiya üzrə səfər sayı yalnız bir dəfə 70 mini keçib – 15 sentyabr (70 843 sərnişin).
Seçilən
18
16
sherg.az

10Mənbələr