AZ

Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB: "Üç min yazıçı haradadır, pambıq yığırıq?!"

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev Azərbaycanda üç min yazıçının olduğunu deyib.

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində çıxışı zamanı o, həmçinin kitab sənayesinin problemlərinə də toxunub.

Xalq yazıçısı yazıçıların öz pulları ilə kitab çap etdirdiklərini, gələcəkdə isə bunun belə olmayacağını bildirib.

"Ölkə.az" xəbər verir ki, yazıçıların sayı ilə bağlı məsələyə münasibət bildirən yazıçı, deputat Aqil Abbas Bizim.media-ya deyib ki, ölkədə bu qədər yazıçı yoxdur:

"Yazıçılar Birliyinin üç min üzvü ola bilər, amma Azərbaycanda üç min yazıçı? Bu nədir, pambıq yığırıq?! Yəqin ki, Yazıçılar Birliyinin üzvlərini sayıblar. Onların hamısını yazıçı hesab etmək olmaz. İstedadlıları var, tanınanlar, qələmi olanlar, cavanlar, orta və yaşlı nəsil yazıçılarımız var. Amma üç min olmaz, olsa, üç yüz olar".

Deputat dünya ədəbiyyatı sıralarında olacaq gənc yazarların da adını sadalayıb:

"Yaşlı nəsildən Çingiz Abdullayev, Anar, rəhmətlik Elçin Əfəndiyev, Kamal Abdulla, biz dedik-demədik, dünyaya çıxıblar. Gənclərin arasında da var, hələ təzədirlər, yəqin ki, dünyaya çıxacaqlar. Gənclərdən Şərif Ağayar, Aqşin Yeniseyin dünya ədəbiyyatı sıralarında olacağına inanıram. İndi daha çox ad xatırlamıram".

Seçilən
11
8
olke.az

9Mənbələr