AZ

Sumqayıtda mübahisə qanla nəticələndi: 16 yaşlı yeniyetmə BIÇAQLANDI

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Sumqayıt şəhərində mübahisə qanla nəticələnib.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin ikinci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məhəmməd Nazim oğlu Fərzəliyev aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı - 2009-cu il təvəllüdlü Elcan Anar oğlu Niftəlizadəyə bıçaqla xəsarət yetirib. Yaralı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əli Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
oxu.az

5Mənbələr