AZ

“Rusiyanın NATO ya hücumu uydurmadır”

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskvanın NATO-ya hücum planları barədə yayılan məlumatlar “uydurmadır” və Avropa əhalisini inandırmaq məqsədi daşıyır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda o, “Rossiya 24” telekanalında yayımlanan “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında danışıb.

Putin qeyd edib ki, Avropanın hakim elitası Rusiyaya qarşı müharibənin “qapıda” olduğu barədə isteriyanı davam etdirir. Prezident vurğulayıb ki, bu iddialar reallığı əks etdirmir və onlar bununla insanları qorxutmaq istəyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
5
qafqazinfo.az

6Mənbələr