AZ

Dünyanın gözü Kopenhagendə: Səmada naməlum PUA lar göründü Hədəf nədir?

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Danimarkada Avropa Siyasi Birliyinin sammitinin keçirilməsinə az müddət qalmış ölkənin hərbi və mülki obyektlərinin üzərində naməlum PUA-ların görünməsi diqqət çəkib. Bu, Kiyevin ən yaxın dəstəkçilərindən biri olan Kopenhagenə Moskvanın xəbərdarlığı kimi dəyərləndirilir.

Analitiklərin fikrincə, Rusiya bununla Avropa liderlərinin toplandığı Kopenhagendə narahatlıq yaratmağa çalışsa da, istəyinə nail ola bilmədi. Həmçinin sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa liderləri ilə görüşü xüsusi izlənilir.

Danimarkaya qarşı addımın nəticəsi necə olacaq? Bu, Moskva və Kiyevlə bağlı vəziyyətə hansı şəkildə yansıya bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, son vaxtlar Danimarka səmasında tez-tez pilotsuz uçuş aparatları (PUA) görünür və çox vaxt onların kimə məxsus olduğu bilinmir:

“Belə ehtimal olunur ki, onlar Rusiyaya məxsusdur. Bu, Danimarka zirvəsi öncəsi psixoloji təsir yaratmaq məqsədilə həyata keçirilir. Rusiyanın son vaxtlar Avropa məkanında yaranan gərginliyi artırması ciddi müzakirə mövzusudur. Kreml nəyi hədəfləyir? NATO ilə müharibəyə hazırlaşır? Bu sualların cavabları yaxın perspektivdə məlum olacaq.

Əli Mustafayev 

Avropa ölkələri Rusiyanın təhdidlərinə qarşı daha da birləşirlər. Şərq cəbhəsini gücləndirərək “immunitet” formalaşdırıblar. Bu, NATO-Rusiya müharibəsinə hazırlıq, yaxud digər ehtimal olaraq Avropa ölkələrinin Ukraynaya dəstəyinin azaldılmasına hesablanmış addım kimi də qiymətləndirilə bilər.

Nəticə Moskvanın istədiyi kimi deyil, yəni alyans Ukraynanı dəstəkləməyə davam edir. Rusiyanın bu hərəkətləri Avropanı bir araya gətirdi, silahlanmanı gücləndirdi, hətta ABŞ-ın daha ciddi şəkildə Kremlə təzyiq göstərməsini şərtləndirdi. Paralel olaraq, Kiyev də güclənir və Rusiya ilə mübarizə qabiliyyəti artır”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
globalinfo.az

2Mənbələr