AZ

ChatGPT-nin dəyəri 500 milyard dollara çatdı

ChatGPT-nin yaradıcı şirkəti “OpenAI”ın dəyəri 6,6 milyard dollarlıq səhmlərin satışı ilə 500 milyard dollara yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, razılaşma çərçivəsində “OpenAI” əməkdaşları səhmlərini “Thrive Capital”, “SoftBank”, “Dragoneer Investment Group”, Əbu-Dabidə yerləşən MGX və “T. Rowe Price”dan ibarət investor konsorsiumuna satıblar.

Mənbə əlavə edib ki, şirkət təkrar bazarda 10 milyard dollardan çox səhmin satışına icazə verib.

Qeyd edək ki, “OpenAI”ın əvvəlki dəyəri 300 milyard dollar olub. Şirkət 2025-ci ilin ilk yarısında təxminən 4,3 milyard dollar gəlir əldə edib.

Seçilən
26
6
axar.az

7Mənbələr