AZ

Zelenski: "Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdaram"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə enerji sahəsində və potensial müdafiə əməkdaşlıq məsələlərini müzakirə etdik".
Oxu.Az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim.
Biz Ukraynada ədalətli sülhün əldə olunması üzrə diplomatik səyləri, habelə enerji və potensial müdafiə əməkdaşlığı məsələlərini müzakirə etdik. Gələcək təmaslar barədə razılığa gəldik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdaram", - deyə o vurğulayıb.
Seçilən
10
1
oxu.az

10Mənbələr