AZ

Putin əsəbiləşdi: Məni onunla qəti müqayisə etmək olmaz

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Putin özünü I Aleksandrla müqayisələndirməkdən imtina edib.

Globalinfo.az-ın xəbərinə görə, Putin bəyan edib ki, onu imperator I Aleksandrla müqayisə etmək olmaz.

“I Aleksandrdan fərqli olaraq mən xalqın iradəsi ilə və müəyyən müddətə seçilmişəm. I Aleksandr imperator idi, mən isə xalq tərəfindən seçilmiş prezidentəm. Bu, böyük fərqdir. İkincisi, I Aleksandr Avropanı güc yolu ilə birləşdirib”, – Putin vurğulayıb.

Putin həmçinin Qərbin Ukraynadakı eqoist məqsədlərini də ifşa edib.

Onun sözlərinə görə, Qərb Ukraynadakı müharibədən qazanc əldə etmək və öz məqsədlərinə çatmaq üçün istifadə edir.

“Onlar üçün Ukraynadakı müharibə daha böyük oyunda əsas kartdır. Bu, sadəcə öz geosiyasi məqsədlərinə nail olmaq, nəzarət zonasını genişləndirmək, müharibədən az da olsa pul qazanmaq üçün bəhanə və üsuldur”, – dövlət başçısı vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
globalinfo.az

4Mənbələr