AZ

Pep Qvardiolanın gələcəyi ilə bağlı qərar verdi - “Mançester Siti” rəhbərliyi

“Mançester Siti” rəhbərliyi baş məşqçi Pep Qvardiolanın gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərləri ispaniyalı mütəxəssisə açıq mesaj çatdırıblar:

Komanda Çempionlar Liqasında uğursuz çıxış etsə, Qvardiola ilə yollar ayrılacaq.

“Şəhərlilər” üçün turnirdə minimum hədəf 1/4 finala qədər irəliləməkdir. Komanda daha erkən mərhələdə mübarizəni dayandırsa, bu, Qvardiolanın gedişi ilə nəticələnəcək.

Qvardiolanın klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. Onun komandası Çempionlar Liqasının ilk iki oyununda 4 xal toplayıb.

Seçilən
12
sportinfo.az

1Mənbələr