AZ

Putinin çıxışı zamanı hücuma keçdilər

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putinin Valday Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar sessiyasında çıxışı ilə eyni vaxtda Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı yeni hücuma başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqramda açıqlama yayıb.

Qeyd olunub ki, Qara dəniz üzərində Ukraynaya məxsus 11 sabitqanadlı pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edildiyini bildirib. Hadisə 18:00–20:00 arası baş verib. Nazirlik əlavə məlumat paylaşmayıb.

Bundan əvvəl də Putinin çıxışı zamanı Belqorod vilayətində dron hücumu barədə xəbərlər yayılmışdı. Məlumata görə, hücumlar Şebekinski şəhər dairəsi, eləcə də Dolqoye, Borisovka və Berezovka kəndlərini hədəf alıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
globalinfo.az

1Mənbələr