AZ

Avtomobildən sızan maddə faciəyə çevrildi: Göygöl sakini ağır yanıq aldı

Göygöl rayonunda yanıq hadisəsi qeydə alınıb. Rayonun Balçılı kənd sakini, 1994-cü il təvəllüdlü Eşqin Abbasov üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
Hadisə barədə ilkin məlumata görə, o, avtomobilin mühərrikindən sızan kimyəvi maddə nəticəsində xəsarət alıb. E. Abbasova ilkin tibbi yardım göstərilib, lakin vəziyyətinin ağır olduğu bildirilir.
 
Onun yaxın saatlarda Bakı şəhərinə təxliyə olunacağı gözlənilir.
Seçilən
16
1
moderator.az

2Mənbələr