AZ

Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib

Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov, milli komandanın üzvləri və klubların rəsmiləri iştirak ediblər.

Püşkatma öncəsi bu il Bakıda keçirilmiş dünya çempionatı müzakirə olunub və Azərbaycan millisinin turnirdə qızıl medal qazanmasının yaddaqalan uğur olduğu vurğulanıb. Taleh Nəsibov çıxışında son illərdə ölkədə minifutbolun inkişafını qeyd edərək, yeni mövsümdə çıxış edəcək komandalara uğurlar arzulayıb. O bildirib ki, Azərbaycan çempionatında 16 komanda mübarizə aparacaq.

Bakıdakı dünya çempionatına həsr edilmiş videoçarx nümayiş olunub, daha sonra çempionatın reqlamenti barədə məlumat verilib və 2025/2026 mövsümünün püşkü atılıb.

Azərbaycan çempionatının I turunda aşağıdakı komandalar üz-üzə gələcək:

"Sumqayıt" – "Buxar"

"Bakı 145" – "DİN İdman Cəmiyyəti"

"Lənkəran" – "Atəşgah Suraxanı"

"Start Bakı" – "Aznur"

"Siyəzən" – "Gənclərbirliyi"

"Borçalı" – "Lerik"

"Cənub" – "Galaxy"

"Birbaşa Bakı" – "Zirə"

Qeyd edək ki, Azərbaycan çempionatına oktyabrın 21-də start veriləcək.

Seçilən
29
2
90deqiqe.az

5Mənbələr