AZ

ABŞ Polşaya F-35 qırıcıları üçün yeni raketlər satacaq

Bakı. Trend:

Varşava ABŞ-dən tədarük edilən "F-35" qırıcıları üçünVaşinqtondan ən son AIM-120D AMRAAM raketlərini alacaq.

Trend-in məlumatına görə, bu barədə Polşanın müdafiə naziriVladislav Kosinyak-Kamış bildirib.

"Polşa tərəfindənF-35 döyüş təyyarələri üçün ən son AIM-120DAMRAAM radarla idarə olunan hava-hava raketlərini aldığınıtəsdiqlənib", - deyə V. Kosinyak-Kamış qeyd edib.

Onun sözlərinə görə, Polşa yeganə ölkədir ki, bu silahı əldəetmək imkanı əldə edib.

"Bu, "F-35" təyyarələrini dünyada hamıdan ən təchizatlı edəcək,çünki raketin bu versiyasına yalnız Polşa və ABŞ-ın çıxışı olacaq",- nazir əlavə edib.

Seçilən
11
1
az.trend.az

5Mənbələr