AZ

“Neftçi”ni şoka salan komandanın oyunçusu: “Heç kimdən çəkinmirəm”

“Karvan-Yevlax”ın xarici futbolçusu Şakil Sno Sportinfo.az-a müsahibə verib.

Niderlanddan olan müdafiəçi komandasının “Neftçi” ilə bərabərə qaldığı (1:1) matç haqda sualları cavablandırıb.

- Oyun və hesabla bağlı fikirlərini eşitmək maraqlıdır.

-Bu 1 xal bizim üçün qələbəyə bərabərdir. “Neftçi” kimi güclü rəqiblə səfərdə heç-heçə oynamaq bizim üçün əla nəticədir. İlk dəqiqədən sona qədər döyüşdük, mübarizə apardıq, oyundan qopmamağa çalışdıq. Bir daha göstərdik ki, futbolda hər şey mümkündür.

- Oyundan əvvəl kimsə sənə “Neftçi”yə uduzmayacağınızı desəydi, reaksiyan necə olardı?

- Şəxsən təəccüblənməzdim. Çünki futbolda heç bir rəqibdən çəkinmirəm. Bilirəm ki, layiqli mübarizə aparanda hədəfə çatmaq mümkündür. Hətta həmin şəxs qalib gələcəyimizi də desəydi, buna normal reaksiya verərdim. “Karvan-Yevlax” olaraq heç bir rəqibdən qorxmuruq. İtirəcəyimiz heç nə yoxdur. Ona görə də sona qədər döyüşəcəyik.

- Əsas heyətdə ad və mövqe dəyişiklikləri gördük. Bu gedişatın oyununuza təsir etdiyini deyə bilərik?

- İndiyə qədər bütün oyunlarda dəyişikliklər olub. Ardıcıl iki matça eyni “11-lik”lə çıxdığımızı xatırlamıram. Son 3 görüşdə uduzmağımız məşqçilər heyətini yeniliklərə əl atmağa məcbur etmişdi. Görünən odur ki, bu, öz nəticəsini verdi.

- Son 3 görüş demişkən, ardıcıl yenilgilər və qol vurmadan buraxılan 8 qoldan sonra necə toparlandınız? Olmaya “Neftçi”nin adı sizə motivasiya vermişdi?

- Buraxdığımız 8 qola diqqət yetirsəniz, demək olar hamısı eyni üslubda vurulmuşdu. Cinah ötürmələri və asmalardan sonra yol verdiyimiz fərdi səhvlər yenilgilərə səbəb olmuşdu. Ona görə də həftəiçi məşqlərdə əsasən bunun üzərində çalışmışdıq. Ancaq bu gün də müəyyən səhvlərə yol verirdik. Qapıçımız möhtəşəm qurtarışları ilə səhvlərimizi sığortalayırdı.

HƏBİB

Seçilən
13
sportinfo.az

1Mənbələr