XANKƏNDİ, 2 oktyabr. TELEQRAF
Azərbaycanın III MDB Oyunlarının medal sıralamasındakı mövqeyi dəyişməyib.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, ölkəmizin aktivində 62 medal var.
Onlardan 8-i qızıl, 21-i gümüş, 33-ü isə bürüncdür.
İlk pillədə 96 medalla (64 qızıl, 19 gümüş, 13 bürünc) Rusiya qərarlaşıb.
İlk “üçlüy”ü 52 medalla (7 qızıl, 19 gümüş, 26 bürünc) Belarus tamamlayır.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.