AZ

Şəkərli diabet xəstəliyinə səbəb olan qeyri-adi vərdiş

Elektron siqaret çəkmək qan şəkərinin tənzimlənməsinə mənfi təsir göstərir və predia­bet riskini artırır.

E-saglam.az xəbər verir ki, bu nəticəyə ABŞ-ın Corciya Universitetinin alimləri gəlib. Araşdırmanın nəticələri AJPM Focus jurnalında dərc olunub.

Mütəxəssislər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) bazasında saxlanılan 1,2 milyon amerikalının sağlamlıq məlumatlarını təhlil ediblər.

Yalnız elektron siqaret istifadə edənlərdə prediabet riski 7% yüksək olub.

Sadəcə adi siqaret çəkənlərdə bu göstərici 15%-ə çatıb.

Həm elektron, həm də adi siqareti birlikdə istifadə edənlərdə isə risk 28% təşkil edib.

Bundan əlavə, “ikiqat siqaret çəkənlər”də diabet diaqnozu qoyulma ehtimalı siqaret çəkməyənlərlə müqayisədə 9% daha çox olub.

Prediabet nədir?

Prediabet – qanda qlükoza səviyyəsinin normadan yüksək, lakin şəkərli diabet diaqnozu qoyulacaq qədər kritik həddə olmamasıdır. Müalicə və həyat tərzi dəyişikliyi olmadıqda bu vəziyyət çox vaxt II tip diabetə keçir və ürək-damar xəstəliklərinin riskini artırır.

Kimlər daha çox risk altındadır?

Ən həssas qruplar:

artıq çəkisi olan şəxslər,

bəzi etnik qrupların nümayəndələri (xüsusilə afroamerikalılar və latınamerikalılar).

Alimlərin xəbərdarlığı:

Tədqiqatçılar bildirirlər ki, elektron siqaretlərin “daha təhlükəsiz alternativ” kimi təqdim edilməsinə baxmayaraq, veypinq maddələr mübadiləsinə gizli təsir göstərir və uzunmüddətli fəsadlara — ürək-damar, böyrək və hətta nevroloji xəstəliklərə yol aça bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
12
e-saglam.az

1Mənbələr