Vladimir Putin əmindir ki, Hindistan Rusiyanın enerji resurslarını almaqdan imtina etməyəcək və bu, ABŞ üçün zərərli olacaq. Musavat.com xəbər verir ki, Putin bunu “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.
O qeyd edib ki, bir çoxları Hindistanın Rusiya enerji təchizatından imtina edəcəyi təqdirdə vuracağı zərəri hesablayır və müxtəlif hesablamalara görə, bu, 9-10 milyard dollar təşkil edəcək. Rusiyadan bu məhsulları almasa, ABŞ-ın Hindistan mallarına tətbiq edəcəyi tariflərdən də təxminən o qədər zərər görəcək: "Bəs onda niyə onlardan imtina etməlidir? Əgər bu, böyük daxili siyasi xərclərə məruz qalmaq deməkdirsə. Çünki təbii ki, Hindistan kimi bir ölkənin xalqı, inanın ki, siyasi rəhbərliyin qəbul etdiyi qərarları diqqətlə izləyəcək. Və onlar heç vaxt heç kimin qarşısında alçaldılmalarına imkan verməyəcəklər. Üstəlik, Baş nazir Modini də tanıyıram, o, heç vaxt belə addım atmaz".
Putin həmçinin qeyd edib ki, Rusiyanın enerji məhsullarının alıcılarına tətbiq edilən tariflər ABŞ-da mal qıtlığına, qiymətlərin artmasına və sonradan inflyasiyaya gətirib çıxaracaq və bununla da ABŞ iqtisadiyyatının inkişafını ləngidəcək.
Musavat.com