AZ

UEFA Konfrans Liqası: İlk turun oyunlarına start verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Konfrans Liqasının Liqa mərhələsinin ilk turuna start verilib.
Oxu.Az xəbər verir ki, ilk turda mərkəzi görüşlərdən biri Polşada keçirilib.
"Arena Lüblin" stadionunda "Dinamo Kiyev" (Ukrayna) və "Kristal Pelas" (İngiltərə) komandaları üz-üzə gəliblər.
Keçmişdəki uğurlu çıxışlarından uzaq olan "Dinamo Kiyev" matçdan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Londonlulara qələbə qazandıran qolları Daniel Munyis və Eddi Nketia vurublar.
Turun digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Yagelloniya" (Polşa) - "Hamrun Spartans" (Malta) - 1:0;
"KuPS Kuopio" (Finlandiya) - "Drita" (Kosovo) - 1:1;
"Lozanna" (İsveçrə) - "Breydablik" (İslandiya) - 3:0;
"Lex Poznan" (Polşa) - "Rapid" (Avstriya) - 4:1;
"Noah" (Ermənistan) - "Riyeka" (Xorvatiya) - 1:0;
"Omoniya" (Kipr) - "Maynts" (Almaniya) - 0:1;
"Rayo Valyekano" (İspaniya) - "Şkendiya" (Şimali Makedoniya) - 2:0;
"Zrinski" (Bosniya və Herseqovina) - "Linkoln Red İmps" (Cəbəllüttariq) - 5:0.
Seçilən
40
oxu.az

1Mənbələr