AZ

Putin Alyaskada Trampla nəyi müzakirə etdiyini AÇIQLADI

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin "Valday Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampla Alyaskada keçirilən sammitin detalları barədə danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti öz saytında məlumat yayıb.

Putinin sözlərinə görə, görüşdə əsas və yeganə müzakirə mövzusu Ukrayna müharibəsinin həlli yolları olub.

"Biz orada prezident Tramp ilə demək olar ki, ikitərəfli gündəliyə aid heç bir məsələni müzakirə etmədik. Söhbət yalnız Ukrayna böhranının həlli imkanlarından və yollarından getdi. Bu, ümumilikdə artıq müsbət haldır", – deyə Putin bildirib.

Kreml rəhbəri həmçinin Trampa Alyaskada sammitin təşkilinə görə təşəkkür edib və görüşün baş tutmasını Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üçün mühüm siqnal kimi qiymətləndirib.

Qeyd edək ki, 15 avqustda Rusiya və ABŞ prezidentləri 7 ildən sonra ilk dəfə tamformatlı görüş keçiriblər. Sammitin yekununda tərəflər "əldə edilmiş əhəmiyyətli irəliləyişlər"dən danışıblar, lakin hələlik heç bir sülh sazişi imzalanmayıb.

Müzakirələrin mərkəzində isə Ukrayna münaqişəsi dayanıb – tərəflər atəşkəsin bərqərar olunması, danışıqlar mexanizmləri və beynəlxalq vasitəçilik imkanlarını müzakirə ediblər.

Sammitin ardından Donald Tramp Rusiya, ABŞ və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüşün hazırlanmasına başlanıldığını elan edib. Öz növbəsində Putin amerikalı həmkarını Moskvaya dəvət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
baku.ws

2Mənbələr