AZ

Milkshake insult və demans riskini artırır - ARAŞDIRMA

Britaniyalı alimlər müəyyən ediblər ki, bir porsiya yüksək kalorili milkşeyk qan dövranını dərhal zəiflədə bilər. Bu isə insult və demensiya riskini artırır.

E-saglam.az xəbər verir ki, nəticələr barədə New York Post yazıb.

Eksperiment necə aparılıb?

Araşdırmada həm gənc, həm də yaşlı kişilər iştirak edib. Onlara 1362 kalori və 130 qram yağ olan yüksək yağlı milkşeyk təqdim olunub. Alimlər bu kokteyli “beyin bombası” adlandırıblar.

Qan dövranı ölçüləndə məlum olub ki, yağlı içki qan damarlarının genişlənmə qabiliyyətini zəiflədir. Mənfi təsir içkidən təxminən 4 saat sonra öz pik həddinə çatır.

Yaşlılar daha çox risk altındadır:

Tədqiqat göstərib ki, yaşlı iştirakçılarda qan dövranının pozulması 10% daha güclü müşahidə olunub. Bu da onların beyin sağlamlığı baxımından daha həssas olduğunu göstərir.

Niyə belə olur?

Alimlərin izahına görə, doymuş yağlar bədəndə sərbəst radikalların çoxalmasına səbəb olur. Bu molekullar hüceyrələri zədələyir və damarların rahatlanması, eləcə də beynə oksigen daşınması üçün vacib olan azot oksidinin səviyyəsini azaldır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
8
e-saglam.az

1Mənbələr