ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Windsor Great” parkdakı səkkiz otaqlı “Forest Lodge” malikanəsinə köçməyi planlaşdıran şahzadə Uilyam və Keyt Middlton təhlükəsizliklə əlaqədar olaraq bağlarının bir hissəsinə girişi məhdudlaşdıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, onların bu qərarı yerli sakinlərin hiddətinə səbəb olub.
“Bir çoxumuz 20 ildir ki, burada itlərimizi gəzdiririk. Biz hər il parka qulluq üçün pul ödəyirik, lakin artıq onun bir hissəsini istifadə etməyə icazəmiz yoxdur”, - qonşular bildirib.
Qeyd olunur ki, parkın bir hissəsi 24 saat video nəzarət altında olacaq. Həmçinin, kral ailəsi evə köçməzdən əvvəl ağaclar və kollar əkiləcək, evi yad gözlərdən gizlətmək üçün yeni hasar çəkiləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.