AZ

Suqovuşanın işğaldan azad edilməsindən 5 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsindən 5 il ötür.

KONKRET.az xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır – bir neçə ərazimiz işğaldan azad edilir.

Prezident İlham Əliyev özünün “X” səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqlayır. Həmçinin, İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı yenidən bərpa edilir.

Azərbaycan Ordusu gün ərzində, həmçinin, Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad edir.

Seçilən
6
3
konkret.az

4Mənbələr