ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
UEFA Avropa Liqasının II turunda İtaliyanın “Roma” klubu Fransanın “Lill” komandasını qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Roma Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu 6-cı dəqiqədə Hakon Haraldsson vurub.
Oyuna damğasını vuran əsas futbolçu isə “Lill”in türkiyəli qapıçısı Berke Özer olub. 25 yaşlı qolkiper 82-ci dəqiqədən sonra ardıcıl üç penalti zərbəsini dəf edərək böyük uğura imza atıb.
Belə ki, əvvəlcə “Roma”nın hücumçusu Artyom Dovbuk iki dəfə eyni küncə vurduğu penaltilərdə Berkeni keçə bilməyib.
Hər iki halda hakim Erik Lambrexts VAR qərarı ilə penaltiləri təkrarladıb. Üçüncü penalti zərbəsini argentinalı Matias Sule yerinə yetirib, lakin Berke Özer onun zərbəsini də dəf edib.
Qeyd edək ki, bu nəticə ilə “Lill” xallarını 6-ya yüksəldib və qrup liderliyini qoruyub. “Roma” isə 3 xalda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.