AZ

ABŞ-ın dövlət borcu rekord həddə çatdı

ABŞ-ın dövlət borcu ardıcıl dörd ildir iki trilyon dollardan çox artır, 2025-ci maliyyə ilində bu rəqəm rekord həddə - 37.6 trilyon dollara çatıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

"ABŞ-də federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir. Ötən il ərzində borc 35.46 trilyon dollardan 37.64 trilyon dollara yüksəlib, bu, ölkə üçün yeni rekorddur", - deyə bildirilir.

Qeyd edək ki, ABŞ-ın suveren borcunda ən böyük artım (4.2 trilyon dollar) 2020-ci ildə qeydə alınıb.

Seçilən
3
5
axar.az

8Mənbələr