Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin ölkəsinə qarşı tətbiq edilən sanksiyaların tarixdə rekord həddə çatdığını və bu cəza tədbirlərinin nəticəsiz olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda o, “Rossiya 24” telekanalında yayımlanan “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında danışıb.
Putin Rusiyaya qarşı olan sanksiyaları biabırçı adlandırıb:
“Bizi qlobal sistemdən “nokaut” etmək istəyirdilər, amma Rusiya möhkəmlik nümayiş etdirir. Biz bununla fəxr edirik”.
Rusiya lideri həmçinin vurğulayıb ki, bəzi ölkələr Mokskvanı strateji məğlubiyyətə uğratmaq və xalqını çətin vəziyyətə salmaq istəyirlər, lakin onların planları uğursuz olacaq.
O, Qərb liderlərinə müraciət etməyi də unutmayıb:
“Sakit olun, öz problemlərinizlə məşğul olun. Avropada nələr baş verdiyini görün – iqtisadiyyat, sənaye, mədəniyyət və kimlik baxımından nələrin oldğuna baxın”.
Putin sonda əlavə edib ki, ölkəsi heç vaxt zəiflik nümayiş etdirməyəcək və hərbi rəqabətə hazırdır. O söyləyib ki, kimsə hərbi baxımdan bizimlə rəqabət aparmaq istəyirsə, seçim onundur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.