AZ

FİFA prezidenti Azərbaycanı təbrik etdi

FİFA prezidenti Canni İnfantino İnstaqramdakı hesabında Azərbaycan və Özbəkistanın 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəyi ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, o, paylaşımında qeyd edib:

"FİFA Şurasının iclası dünya futbolu üçün irəliyə doğru daha bir addım atdı.

FİFA Şurası Azərbaycan və Özbəkistanı 2027-ci il FIFA U-20 Dünya Çempionatının ev sahibi təyin edib və Londonu 2026-cı ildə keçiriləcək Qadınlararası Çempionlar Kubokunun ilk final mərhələsinə ev sahibliyi edəcək ölkə kimi təsdiqləyib.

Bu görüşdə biz futbolun sülh və birlik vasitəsi kimi rolunu bir daha təsdiqlədik, peşəkar futbolda dünya futbolunun piramidal strukturuna mənfi təsir göstərən maraqlı tərəflərlə əlaqələrlə bağlı cari məsələləri müzakirə etdik və növbəti dörd il üçün yeni yaradılan daimi komissiyaların tərkibini təsdiqlədik".

"FİFA Şurasının 2027-ci il U-20 Dünya Çempionatına ev sahibliyi etmək üçün Azərbaycan və Özbəkistanı seçdiyini bildirməkdən məmnunam. Bu tarixi turnir Avropa və Asiyanı birləşdirəcək, idmanımızın ən parlaq gənc istedadını nümayiş etdirəcək.

Mən hər iki ölkəni təbrik edirəm və 2027-ci ildə FİFA-nın iki assosiasiyasının birgə ev sahibliyi edəcəyi ilk turniri səbirsizliklə gözləyirəm", - o qeyd edib.

1977-ci ildən etibarən iki ildən bir təşkil olunan U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

Seçilən
5
10
axar.az

10Mənbələr