AZ

Çempionlar Liqasında 3 qol vurdu, həftənin oyunçusu seçildi - Kilian Mbappe

“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, forvard Qazaxıstanın “Kayrat” komandası ilə səfərdə 5:0 hesabı ilə başa çatan matçda het-trik edib.

Belə ki, Mbappe 25, 52 və 74-cü dəqiqələrdə fərqlənib.

Fərdi mükafat üçün səsvermədə fransalı futbolçu “Mançester Siti”dən Erlinq Haalandı, “Bodo-Qlimt”dən Yens Petter Huqeni və “Napoli”dən Rasmus Hoylundu qabaqlayıb.

Bu mövsüm Mbappe “Real Madrid” üçün bütün turnirlərdə 9 oyun keçirib, 13 qol vurub və bir məhsuldar ötürmə edib.

Seçilən
10
sportinfo.az

1Mənbələr