ain.az, Idman.biz saytına istinadən bildirir.
Avropa Liqasının II turu çərçivəsində Fransanın “Lion” klubu ilə Avstriyanın “Red Bull Zalsburq” klubu qarşılaşıb.
İdman.biz bildirir ki, oyunda Fransa komandası 2:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmada ilk qolu 11-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Martin Satriano vurub. İkinci hissədə “Lion”un müdafiəçisi Ruben Klüvert 57-ci dəqiqədə fərqi artırıb.
Builki Avropa Liqasının finalı İstanbuldakı “Beşiktaş” stadionunda keçiriləcək. Turnirin həlledici oyunu 2026-cı il mayın 20-də olacaq.
“Tottenhem Hotspur” son Avropa Liqasının qalibidir.
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.