AZ

“Kupça”lı torpaqların qiyməti artdı Video

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakının mərkəzinə yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat artıb. Belə ki, Qiymətləndiricilər Palatasının məlumatına görə, torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində artım olub. Onun sözlərinə görə, bəzi yerlərdən artım daha yüksəkdir.

Ekspertin fikrincə, şəhərin mərkəzinə yaxın torpaq sahələri məhdud olduğu üçün bu ərazilərdə də qiymətlərdə yüksək artım var.

O, qeyd edib ki, Sumqayıt və  Xırdalan şəhərlərində torpaq qiymətləri son 1 ildə 10-12 faiz arasında artıb. Ən az artım isə kənd təsərrüfatı torpaqlarında qeydə alınıb.

Daha ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
6
qafqazinfo.az

8Mənbələr