AZ

52 min nəfərlik şəhərdə 23 minlik stadion doldu: 15 min azarkeş çöldə qaldı

UEFA Çempionlar Liqasının ikinci turunda “Vilyarreal” ilə “Yuventus” arasında keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşma azarkeş marağı ilə yadda qaldı.

News24.az xəbər verir ki, İspaniyanın cənubunda yerləşən və cəmi 52 min nəfərin yaşadığı Vilyarreal şəhərində oyuna maraq olduqca böyük olub. 23 min tamaşaçı tutumuna malik “De la Ceramica” stadionu tamamilə dolub.

İspaniya mətbuatının yazdığına görə, həm şəhər sakinləri, həm də ətraf bölgələrdən gələn minlərlə azarkeş stadiona axışıb. Bilet ümidi ilə gələnlərin böyük hissəsi tribunaya buraxılmayıb. Təxminən 15 min nəfər bilet ala bilmədiyi üçün oyunu stadionun xaricindən izləmək məcburiyyətində qalıb.

Qarşılaşma Çempionlar Liqasının ən diqqətçəkən oyunlarından biri kimi yaddaşlara yazıldı və şəhərin demək olar ki, bütün əhalisi futbol coşqusuna qoşuldu.

Xeyrənsə Piriyeva

Seçilən
60
1
news24.az

2Mənbələr