AZ

Sərt qərar: Kolumbiya İsrail diplomatlarını ölkədən çıxarır

İsrailin “Qlobal Sumud Donanması”na hücumundan sonra Kolumbiya Prezidenti Qustavo Petro kəskin qərar açıqlayıb.

News24.az xəbər verir ki, dövlət başçısı sosial şəbəkə platformasıüzərindən paylaşım edərək Kolumbiyadakı bütün İsrail diplomatlarının ölkədən çıxarılacağını bildirib.

Petro bəyan edib ki, yayılan məlumatlar təsdiqlənərsə, bu, İsrailin Baş naziri Benyamin Netanyahunun törətdiyi növbəti beynəlxalq cinayət sayılacaq.

“İsraillə azad ticarət müqaviləsi dərhal ləğv ediləcək. İsrailin Kolumbiyadakı bütün diplomatik nümayəndəliyi ölkədən çıxarılacaq”, – deyə Prezident vurğulayıb.

Netanyahunu sərt ifadələrlə tənqid edən Petro, filosof Hannah Arendtin 1950-ci illərdə nasistlərin hələ də mövcudluğu barədə dediklərinə istinad edərək əlavə edib:

“Hitler dünya siyasətində yaşamağa davam edir. Arendt haqlı idi. Ümid edirəm ki, xalqlar təsir altına salınmaz". 

Aqil Qarayev

Seçilən
113
news24.az

1Mənbələr