AZ

Oskar Piastri: “Artıq Bakıdakı kimi həftə sonlarına imkan verə bilmərik”

“Maklaren” komandasının pilotu Oskar Piastri bildirib ki, Azərbaycan Qran-prisindəki uğursuz çıxışından sonra o, mövsümün qalan yarışlarında mümkün qədər ardıcıl olmağa və buraxdığı səhvləri təkrarlamamağa çalışacaq.

İdman.biz xatırladır ki, “Formula-1” Azərbaycan Qran-prisi “Maklaren” komandasının pilotu Oskar Piastri üçün uğursuz olub. Sentyabrın 21-də Bakı Şəhər Halqasının trassında o, idarəetməni itirib və onun bolidi maneəyə çırpılıb. Bu səbəbdən də yarış favorit üçün erkən bitib.

“Bakıdakı yarışda kimin qalib olmasından asılı olmayaraq, biz bir daha belə həftə sonları keçirmək istəmirik. Bakı həftəsonu bizə bir neçə çətin dərs verdi.

Üstəlik, Bakı həftəsonu, ilk növbədə, hər şeyin nə qədər tez dəyişə biləcəyini xatırlatdı. Diqqətimizi buna yönəltməliyik, qalanları isə onun ardınca gələcək”, - Piastri bildirib.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr