AZ

ABŞ-da “məxfi sənədlər” sızdı: Strateji planlar üzə çıxdı

ABŞ Müdafiə Nazirliyində (Pentaqon) "çoxsaylı məxfi materialların" sızması barədə iddialar gündəmə gəlib.

Musavat.com xəbər verir ki, "Middle East Spectator" nəşrinin yaydığı məlumata görə, sənədlərin məzmunu ictimaiyyətə açıqlanmayıb, ancaq titul səhifələri dərc olunub. İddialara görə, materiallar 2025-ci ilin yanvarında hazırlanıb və ABŞ-ın strateji siyasətində ən həssas istiqamətləri əhatə edir.

Yayılan titul səhifələrdə üç sənəd xüsusilə diqqət çəkib:

- ABŞ hərbi bazalarının strateji relokasiyası (03 yanvar 2025);

- İrana qarşı sərtləşdirilmiş tədbirlər üzrə strateji təhlil (15 yanvar 2025);

- ABŞ prezidenti Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra çoxtərəfli sazişlərdən çıxış və ya onların yenidən müzakirəsi ilə bağlı plan (01 yanvar 2025).

Hər üç sənəd "TOP SECRET // SCI - EYES ONLY" qrifi ilə işarələnib. Paylanma siyahısında Müdafiə Nazirliyi, Birləşmiş Qərargah Rəisləri, Indo-Pacific Command, Milli Təhlükəsizlik Şurası və Dövlət Departamenti göstərilir.

Əgər sənədlər həqiqidirsə, ABŞ-ın gələcək hərbi-siyasi kursunun əsas istiqamətlərini üzə çıxarır. Hazırda Pentaqon və ABŞ hökuməti məsələ ilə bağlı heç bir rəsmi şərh verməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

2Mənbələr