Musavat.com xəbər verir ki, "Middle East Spectator" nəşrinin yaydığı məlumata görə, sənədlərin məzmunu ictimaiyyətə açıqlanmayıb, ancaq titul səhifələri dərc olunub. İddialara görə, materiallar 2025-ci ilin yanvarında hazırlanıb və ABŞ-ın strateji siyasətində ən həssas istiqamətləri əhatə edir.
Yayılan titul səhifələrdə üç sənəd xüsusilə diqqət çəkib:
- ABŞ hərbi bazalarının strateji relokasiyası (03 yanvar 2025);
- İrana qarşı sərtləşdirilmiş tədbirlər üzrə strateji təhlil (15 yanvar 2025);
- ABŞ prezidenti Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra çoxtərəfli sazişlərdən çıxış və ya onların yenidən müzakirəsi ilə bağlı plan (01 yanvar 2025).
Hər üç sənəd "TOP SECRET // SCI - EYES ONLY" qrifi ilə işarələnib. Paylanma siyahısında Müdafiə Nazirliyi, Birləşmiş Qərargah Rəisləri, Indo-Pacific Command, Milli Təhlükəsizlik Şurası və Dövlət Departamenti göstərilir.
Əgər sənədlər həqiqidirsə, ABŞ-ın gələcək hərbi-siyasi kursunun əsas istiqamətlərini üzə çıxarır. Hazırda Pentaqon və ABŞ hökuməti məsələ ilə bağlı heç bir rəsmi şərh verməyib.